Çində yeni koronavirus ocağı yarana bilər

05:40 13-09-2021 286

Son üç gün ərzində Çinin Futsyan əyalətində 24 yeni koronavirus xəstəsi aşkar olunub.

Bu, istər bölgə, istərsə də ölkə rəhbərliyində ciddi narahatlıq yaradıb.

Yeni yoluxanlardan 18 nəfərində xəstəliyin əlamətsiz keçdiyi bildirilib.

Həmçinin, müayinələr zamanı 19 nəfərdə koronavirusun “Delta” ştammı aşkarlanıb.

Ərazinin yeni epidemiya ocağına çevrilməməsi üçün mümkün tədbirlərin görüldüyü, ətraf kənd və qəsəbələrdə sakinlərin kütləvi testdən keçirildiyi qeyd edilib.