Azərbaycanlı könüllülərin Şuşaya səfəri başladı - FOTO

11:00 13-09-2021 15

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfərləri başlayıb.

HerGun.Az-ın məlumatına görə, səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət ediləcək.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.

İlhamə Əbülfət
Foto: Tapdıq Abdullayev