Aleksandr Rar: “Avropa İttifaqı dağıla bilər”

13:20 13-09-2021 24

Avropa İttifaqı 10 il əvvəlki maliyyə böhranı zamanı dağılmaq üzrə idi. Yunanıstan Aİ-dən çıxa bilərdi, onu sadəcə saxladılar. Bu gün vəzifəsini tərk etməyə hazırlaşan Almaniya kansleri Angela Merkel də memuarlarında yazır ki, avrozonanın mümkün ləğvi bütün Avropanın dağılmasına səbəb ola bilər.

Bunu -a açıqlamasında məşhur almaniyalı politoloq Aleksandr Rar Avropa İttifaqının çökə biləcəyi ilə bağlı ekspertlərin açıqlamalarına şərh verərkən bildirib.

Onun sözlərinə görə, miqrasiya böhranı da eyni nəticəyə - parçalanmaya gətirib çıxara bilər.

“İndi isə pandemiya zamanı Avropa ölkələrinin bağlı sərhədlərini görürük. Bu gün Şengen zonasının varlığından kim ciddi danışa bilər?” - deyə siyasətçi əlavə edib.

Onun sözlərinə görə, avropalılar artıq bir-biriləri olmadan yaşamağa alışırlar, anlayırlar ki, sərhədlər yenidən qayıdıb.

“Halbuki sərhədlərin olmaması Aİ-nin əsas uğuru idi. Böyük Avropa ideyası psixoloji cəhətdən çökdü. Eyni zamanda, Şərqi Avropa ölkələri getdikcə ənənəvi, Almaniya isə yeni liberal inqilab ideyalarından tutunan postmodernist hala gəlir”, - deyə ekspert bildirib.

Müsahib bütün bu deyilənləri nəzərə alaraq Avropa İttifaqının dağılacağını söyləyən ekspertlərlə razı olduğunu bildirib.

“Təbii ki, bu, SSRİ-də olduğu kimi tez baş verməyəcək. Bu, təkamül prosesi olacaq. Aİ başqa bir şeyə çevriləcək. “Soyuq müharibə” dövründə olduğu kimi, iqtisadi birlik də ola bilər. Düşünürəm ki, pul vahidi - avro qalacaq. Zaman keçdikcə isə “yerli Avropa” və onunla uzaqdan dost olacaq ölkələr, məsələn Norveç qalacaq”, - deyə Aleksandr Rar sözlərini yekunlaşdırıb.