Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib - YENİLƏNİB + FOTO

13:40 13-09-2021 20

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

12:38

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunun Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərlə görüşüb.

Hazırda Türkiyədə səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Fəxri Qarovulun önündən keçib.

Daha sonra Türkiyə və Azərbaycanın Baş Qərargah rəisləri arasında təkbətək görüş keçirilib.

Mənbə: “Anadolu”