Könüllü təşkilatları Şuşaya səfər etdilər - YENİLƏNİB + FOTO

21:00 13-09-2021 342

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan könüllü təşkilatları Şuşaya səfər edib.

Səfər çərçivəsində 50-dən çox təşkilat nümayəndəsi Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Qala divarlarını, Gəncə qapısı, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri, inzibati və yaşayış binalarını ziyarət ediblər.

HerGun.Az səfərdən fotoreportaj təqdim edir:

FOTO: Tapdıq Abdullayev

19:09

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə sentyabrın 13-də könüllülük təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri təşkil olunub.

Səfərin məqsədi  Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud  vəziyyətlə tanış olmaq, şəhərin tarixi-mədəni irsi ilə, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.

Səfər çərçivəsində 50-dən çox təşkilat nümayəndəsi  Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Qala divarlarını, Gəncə qapısı, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri, inzibati və yaşayış binalarını ziyarət ediblər.

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin şəhid olmuş qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə könüllü təşkilatlarının Ağdama səfəri təşkil olunub.

İlhamə Əbülfət