Azərbaycanda doğuş zamanı ana ölüb

22:00 13-09-2021 369

Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.

“Report” xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.

Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.