Hikmət Hacıyev İran səfiri ilə görüşdü - FOTO

23:40 13-09-2021 612

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə o, özünün “Twitter” hesabında məlumat verib.

Məlumata əsasən, görüş zamanı gündəlikdə yer alan məsələlər ətrafında səmərəli müzakirələr aparılıb. Həmçinin, ikitərəfli münasibətlərin gələcək inkişafı yolları nəzərdən keçirilib.