Sabirabadda avtomobil “KamAZ”la toqquşdu: Ölən və yaralanan var - FOTO

09:20 15-09-2021 368

Sabirabadda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə səhər saatlarında rayonun Şəhriyar kəndində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə VAZ-2107 markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.