Bu gün birinci sinifə şagird qəbulu başa çatır

09:40 15-09-2021 455

Bu gün 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.

Birinci sinfə şagird qəbulu üzrə elektron portal bu gün saat 18:00-da bağlanacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.