Bakının mərkəzində daha bir yürüş keçirilir - FOTO

10:20 15-09-2021 344

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıda ikinci marşrut üzrə yürüş keçirilir.

HerGun.Az-ın məlumatına əsasən, yürüşün marşrutu Səməd Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində olacaq.

Yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfərlik şəxsi heyəti və hərbi orkestr iştirak edir.

Xatırladaq ki, Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasından 103 il ötür.
103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyldu.

Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib.

Bu şərəfli və tarixi gün heç zaman azərbaycanlıların xatirindən çıxmayacaq, bu qəhrəmanlıq və qardaşlıq dastanı Azərbaycan xalqı nəsillərdən-nəsillərə ötürəcək.

Qəhrəmanlıq dastanının məntiqi davamı 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Vətən müharibəsi idi. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdi. Azərbaycana isə Türkiyə siyasi və mənəvi dəstək verdi.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdilər.

Bu gün əminliklə deyə bilərik ki, istər 1918-ci ildə, istər Birinci Qarabağ müharibəsində, istərsə də ondan sonra şəhid olanların hamısının intiqamı alınıb.

İlhamə Əbülfət
FOTO: Firudin Səlimov