İcra başçısının müavini işdən çıxarıldı

14:00 15-09-2021 324

Yevlax Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

HerGun.Az-ın məlumatına görə, bu barədə icra başçısı Anar Tağıyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, başçının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Kərimxanov Ceyhun Əhəd oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl Yevlax Rayon İcra Hakimiyyətində iki müavin vəzifəsi də vakant idi. Hazırda A. Tağıyevin bir müavini var. 

İlhamə Əbülfət