Sabiq deputat ukraynalı mütəxəssisi federasiyadan qovdu - ÖZƏL + FOTO

15:00 15-09-2021 15

Azərbaycan Üzgüçülük Federasiyası millimizin məşqçilərindən olan ukraynalı mütəxəssis Sergey Bondarı işdən qovub.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssisin qovulmasına səbəb kimi Tokio Olimpiadasında uğursuzluq göstərilir.

Bu səbəbdən də Üzgüçülük Federasiyasının prezidenti, sabiq millət vəkili Xanlar Fətiyev onunla əməkdaşlığın dayandırılması barədə qərar verib. 

Yaponiyanın paytaxtında keçirilən üzgüçülük yarışında Azərbaycanı Rusiya əsilli Maksim Şemberev və İran əsilli Məryəm Şeyxəlizadəxangah təmsil etsə də, onlar finala yüksələ bilməyib. Hər iki idmançı Olimpiadanın ilk günündə – iyulun 24-də yarışla vidalaşıb.

Qeyd edək ki, Ukrayna millisinin üzgüçülük üzrə sabiq baş məşqçisi olan Sergey Bondar Rio Olimpiadasından sonra yığmamıza gətirilmişdi. O, 2016-cı ilin noyabrından yığmamıza baş məsləhətçi və aparıcı mütəxəssis kimi cəlb edilmişdi.

Səbuhi Musayev