“Şerif”dən sensasiyalı start, “Beşiktaş”ın gücü bir qola çatdı

23:00 15-09-2021 473

Çempionlar Liqasının qrup mərhələsində ikinci oyun gününə start verilib.

HerGun.Az xəbər verir ki, ikinci oyun günü paralel keçən iki matçla başlayıb.

İstanbulun “Beşiktaş” klubu doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 20-ci dəqiqədə Cud Bellingem açıb. 45+3-cü dəqiqədə isə Erlinq Holann fərqi artırıb. Meydan sahiblərinin təsəlli qolunu 90+4-cü dəqiqədə Fransisko Montero vurub.

Turnirin debütantı olan Moldova təmsilçisi “Şerif” isə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qarşılaşmada gözlənilməz qələbəyə imza atıb – 2:0.

İlk qolu Adama Traore 16-cı dəqiqədə vurub. 62-ci dəqiqədə isə Momo Yansane yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, turun son 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.