“Mançester Siti” “Leyptsiq”i, “Ayaks” isə “Sportinq”i top atəşinə tutdu: ÇL-də gecənin nəticələri - VİDEO

01:40 16-09-2021 527

UEFA Çempionlar Liqasında birinci tura yekun vurulub.

HerGun.Az xəbər verir ki, tura son altı matçla nöqtə qoyulub.

Olduqca maraqlı və həyəcanlı keçən oyunlarda azarkeşlər bol qola şahidlik ediblər.

Gecənin ən məhsuldar qarşılaşması ötən mövsümün finalçısı “Mançester Siti” ilə “Leyptsiq” arasında baş tutub. Qapılara ümumilikdə 9 qolun vurulduğu matçda ingilislər 6:3 hesabı ilə qalib gəliblər.

A qrupunun digər oyununda PSJ Belçikada “Brügge”nin müqavimətini qıra bilməyib – 1:1.

B qrupunda “Liverpul”un İngiltərədə İtaliya “Milan”ı ilə keçirdiyi görüşdə isə 5 qol qeydə alınıb. Bu oyunda da meydan sahibləri qələbə qazanıb - 3:2.

Qrupun digər görüşündə “Atletiko” İspaniyada Portuqaliya “Portu”su ilə qolsuz heç-heçə edib. Bu, oyun gününün yeganə qolsuz bitən matçı olub.

C qrupunda “Ayaks” səfərdə “Sportinq”i darmadağın edib - 5:1.

Qrupun digər görüşündə “Beşiktaş” Türkiyədə Almaniyanın “Borussiya” (Dortmund) komandasına yenilib - 1:2.

D qrupunda isə diqqətlər “İnter” və “Real Madrid” arasındakı matça yönəlib. 89-cu dəqiqədə fərqlənən Rodriqo “kral klubu”na qələbə qazandırıb - 1:0.

 Qrupun digər oyununda “Şerif” Moldovada Ukraynanın “Şaxtyor” komandası üzərində inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr

A qrupu
“Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) - 6:3
Qollar:
 Natan Ake, 16. Nordi Mukiele, 28 (öz qapısına). Riyad Mahrez, 45+2. Cek Qriliş, 56. Joau Kanselu, 75. Qabriel Jezus, 85 - Kristofer Nkunku, 42; 51; 73

“Brügge” (Belçika) - PSJ (Fransa) - 1:1
Qollar:
 Hans Vanaken, 27 - Ander Errera, 15

B qrupu
“Atletiko” (Madrid, İspaniya) – “Portu” (Portuqaliya) - 0:0

“Liverpul” (İngiltərə) – “Milan” (İtaliya) - 3:2
Qollar:
 Fikayo Tomori, 9 (öz qapısına). Məhəmməd Salah, 49. Cordan Henderson, 69 - Ante Rebiç, 42. Brahim Dias, 44

C qrupu
“Beşiktaş” (Türkiyə) – “Borussiya” (Dortmund, Almaniya) - 1:2
Qollar:
 Fransisko Montero, 90+4 - Cud Bellingem, 20. Erlinq Holann, 45+3

“Sportinq” (Portuqaliya) – “Ayaks” (Niderland) - 1:5
Qollar:
 Paulinyo, 33 - Sebastyan Alle, 2; 9; 51; 63. Stiven Bergeys, 39

D qrupu
“Şerif” (Moldova) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:0
Qollar:
 Adama Traore, 16. Momo Yansane, 62

“İnter” (İtaliya) – “Real Madrid” (İspaniya) - 0:1
Qol:
 Rodriqo, 89