Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı – ANBAAN VİDEO

02:40 16-09-2021 468

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb.

Hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güllə yarası aldığı əks olunub.

İnsidentin digər təfərrüatları barədə məlumat yoxdur.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)