“YouTube”dan seksual cinayətlərdə təqsirli bilinən məşhur reperlə bağlı gözlənilməz qərar - FOTO

01:20 07-10-2021 36

“YouTube” “seksual istismar məqsədi ilə insan alveri” maddəsinə görə təqsirli bilinən R.Kellinin kanalını bağlayıb.

“Məsuliyyət təlimatlarımıza uyğun olaraq, R.Kelly ilə əlaqəli iki kanalı bağladığımızı təsdiq edə bilərik”, - deyə videohosting xidmətinin nümayəndələrindən verilən açıqlamada deyilir.

Bununla belə, “YouTube Music”də reperin mahnıları ictimaiyyətə açıq olaraq qalacaq.

Qeyd edək ki, R.Kelli 2019-cu ilin iyul ayında seksual xarakterli cinayətlərlə əlaqədar həbs olunub. Andlılar məhkəməsi musiqiçini seksual cinayətlərdə (o cümlədən, yetkinlik yaşına çatmayanlara qarşı), uşaq pornoqrafiyasının yayılmasında və ədalətin qarşısını almaqda təqsirli bilib. Hökm 2022-ci ilin mayın 4-də elan ediləcək. Onu 100 il həbs cəzası gözləyir.

R. Kelly (əsl adı - Robert Silvester Kelli) Amerikalı ritm-n-blyus stilində musiqiçisi, mahnı müəllifi və prodüserdir. Onun “I Believe I Can Fly” kompozisiyası üç “Grammy” mükafatı qazanıb. “Rolling Stone” jurnalı bu ifanı rok-n-rol dövrünün ən yaxşı 500 mahnısından biri olaraq siyahıya alıb. “Billboard” jurnalına görə, R.Kelli ABŞ -da Top 40-a girən single sayına görə 1990-cı illərin ən uğurlu solo müğənnisidir. Karyerası ərzində R. Kelli 14 studiya albomu buraxıb. 2005-ci ilə kimi onun beş albomu Billboard 200 zirvəsində olub.

Mənbə: “Bloomberg”