İki qrup arasında baş verən dava xəstəxanada da davam etdi - VİDEO

03:00 07-10-2021 30

Türkiyənin Konya şəhərində yerləşən əyləncə mərkəzinin qarşısında baş verən əlbəyaxa dava xəstəxanada da davam edib.

Dava edən tərəfləri saxlayaraq istintaq müayinəsi üçün xəstəxanaya aparan polis daha böyük təhlükə ilə üz-üzə qalıb.

Belə ki, saxlanılan şəxslərin qohumları xəstəxanya gələrək əvvəl mühafizə xidmətinin içşilərinə daha sonra polislərə təzyiq göstərib.

Onlar qarşı tərəflə öz aralarında olan gərgin münasibətlərə aydınlıq gətirilməsinə imkan verilməsini tələb ediblər.

Bu zaman saxlanılan şəxslərlə xəstəxanaya gələn digər qrupun qohumları arasında mübahisə düşüb.

Görüntülər tibb mərkəzinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)