Güclü külək nəticəsində ağacın altında qalan şəxs yüksək məbləğdə təzminat aldı

03:40 07-10-2021 31

Çində velosiped sürən zaman üzərinə ağac düşən şəxs məhkəmə yolu ilə 3,7 milyon yuan (təxminən 975 min manat) təzminat ala bilib.

Hadisə Çinin Hebei vilayətinin Lanfan şəhərində baş verib.

Velosipedlə yola çıxan şəxs güclü külək qarşılaşıb. Bu zaman yol kənarına əkilmiş ağaclardan biri kökündən qoparaq velosipedçinin üzərinə düşüb.

Ərtafda olan şəxslər dərhal təcili tibbi yardım xidmətini hadisə yerinə çağırıb.

Xəsarət alan şəxs təxminən 12 aya yaxın xəstəxanada müalicə almalı olub. O, həmçinin birinci dərəcəli əlillik alıb.

Xəsarət alan şəxslə yerli abadlıq xidməti mərkəzinin məhkəmə çəkişməsi isə zərərçəkənin qələbəsi ilə bitib. Qərarı apellyasiya məhkəməsi də dəyişdirməyib.

Mənbə: news.163.com