Bu gecədən etibarən dörd gün meteor yağışı olacaq - VİDEO

05:40 07-10-2021 516

Ay işığı cümə gecəsi “Drakonid” meteor yağışının müşahidələrinə mane olmayacaq. Bu barədə  Moskva Planetariumunun mətbuat xidməti məlumat verib.

“Ulduz axını” gün batandan dərhal sonra müşahidə edilə bilər. Ən yaxşı vaxt buludsuz havalarda 8-9 oktyabr tarixləridir”, - deyə planetariumda bildirilib.

“Drakonid” meteor axını hər il 6-10 oktyabr tarixlərində müşahidə edilir. Onun adı “Əjdəha” bürcünün adından götürülüb.

Mənbə: TASS