Bakıda avtomobil yolu keçən qadını vurub

08:00 07-10-2021 27

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Müşfiqabad qəsəbəsində 1985-ci il təvəllüdlü Fatma Hacıyeva yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.