“Ferrari”nin vitse-prezidenti Şumaxerin son vəziyyətindən danışdı

08:40 07-10-2021 33

“Ferrari” vitse-prezidenti Piero Lardi Ferrari “Formula 1”in əfsanəvi pilotu Mixail Şumaxerin səhəti barədə məlumat verib.

Romada keçirilən mükafatlandırılma mərasimində çıxış edən P.L. Ferrari  Şumaxer barədə keçmiş zamanla danışılmasından böyük təəssüf hissi keçirdiyini vurğulayıb.

"O, bizimlədir, ölməyib. Ancaq hələ bizimlə təmas qura bilmir”,  - deyə italiyalı biznessmen vurğulayıb.

Qeyd edək ki, Mixail Şumaxer 2013-cü ilin dekabrın 29-da Fransada xizək sürərkən yıxılaraq ağır zədə alıb və səkkiz ildir ki, koma vəziyyətindədir.

Mənbə: “Haber Global”