Pakistanda güclü zəlzələ: Onlarla insan həlak olub, yüzlərlə şəxs yaralanıb – FOTO/VİDEO

09:40 07-10-2021 412

Pakistanın Bəlucistan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində altısı uşaq olmaqla azı 20 nəfər ölüb, 300-dən çox adam da yaralanıb.

Yeraltı təkanların episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 20.8 kilometr dərinlikdə olub.

Təbii fəlakət qurbanlarının sayının çox olacağı istisna edilmir. Dağıntılar altında hələ də insanlar qalıb.

Mənbə: “Dawn”