FHN obyekt tikintisini dayandırdı - VİDEO

14:20 07-10-2021 362

Bakı şəhərində qanunsuz qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, tikinti Xəzər rayonu, Binə qəsəbəsində vətəndaş Xalıqov Elşad Əzim oğlu tərəfindən müvafiq sənədlər olmadan həyata keçirilib.

Məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.