Elnur Əşrəfoğlunun qanaxmaları olub

17:20 07-10-2021 388

“Elnurun qanaxmaları olub, amma indi vəziyyəti stabilləşdirə biliblər”.

Bu barədə HerGun.Az-a Elnur Əşrəfoğlunun həyat yoldaşı məlumat verib.

O bildirib ki, E.Əşrəfoğlu ECMO cihazına qoşulu vəziyyətdədir:

“Ona qanın laxtalanmasının qarşısının alınması üçün heparin vurulurdu. Bu səbəbdən həkimlər bu gün Elnurun qanaxması olduğunu deyiblər. Qanaxma səbəbindən hemoqlabinlərin, trambositlərin miqdarı normadan aşağı düşüb. Qan köçürülməsi üçün sosial şəbəkədə paylaşımlar edilib. Şükür, artıq qan köçürülüb və vəziyyəti stabilləşib”.

Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.

Könül Cəfərli