Tokioda baş verən güclü zəlzələnin kadrları yayılıb - VİDEO

19:40 07-10-2021 380

 

Yaponiyanın paytaxtı Tokioda güclü zəlzələ qeydə alınıb.

Yaponiyanın Milli Meteorologiya İdarəsinin açıqlamasına əsasən, zəlzələ 6,1 bal gücündə olub.

Zəlzələnin episentri Tokio və Çiba prefekturaları sərhədində olub.

Məlumatda həmçinin qeyd olunur ki, yeraltı təkanların gücü 80 kilometr dərinlikdə yerləşir.

Artıq sosial şəbəkələrdə zəlzələni təhlükəsini əks etdirən görüntülər yayılmağa başlayıb.

Mənbə: REN TV