Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı
08:20 08-10-2021 374
Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.
HerGun.Az xəbər verir ki, Sumqayıt Sərnişin Stansiyasından saat 07:45-də hərəkətə başlamalı olan qatarda nasazlıq olub.
Nasazlıq səbəbindən 6006 nömrəli qatar yola düşməyib və həmin qatardakı sərnişinlər düşürülərək, 08:00-da hərəkət edəcək qatara mindirilib.
Bu səbəbdən qatarda sərnişin sıxlığı da yaranıb.
Samir İsayev