Bəstəkar Sevinc Tofiqqıznın Məcid Mübarizoğlu Mənsimovla yeni layihəsi

13:51 08-10-2021 202

Hər zaman olduğu kimi vətənpərvər bəstələri ilə seçilən Vətənpərvər Bəstəkar Sevinc Tofiqqızı bu dəfə də yeni layihəyə imza atıb. Bəstələri tanınmış və seçilmiş müğənnilər tərəfindən ifa olunan sevimli Bəstəkar,  gənc  nəslin istedadlı nümayəndələrinə hər zaman önəm verib.

Bəstəkarın bu dəfə imza atdığı yeni layihəsi azərbaycanlı istedadlı gənc Məcid Mübarizoğlu Mənsimovdur. 

Qardaş Türkiyədə yaşayan Məcid Mübarizoğlu Mənsimov gənc olmasına baxmayaraq yaşıdları arasında istedadı, vətənpərvərliyi və insansevərliyi ilə seçilən bir gəncdir. Elə bu səbəbdən də, Bəstəkar Sevinc Tofiqqızı yeni layihəsi olan bu bəstəni  Məcid Mənsimovun ifasında təqdim edəcək.  

Bəstəkar Sevinc Tofiqqıznın Vətənpərvər Məcid Mübarizoğlu Mənsimovla  yeni layihəsi  tezliklə işıq üzü görəcək. Ümid Tv Azərbaycan kanalı olaraq sevimli Bəstəkar Sevinc Tofiqqızına və istedadlı gənc Vətənpərvər Məcid Mənsimova uğurlar arzu edirik.

Bəstəkarın Məcid Mənsimovla yeni layihəsindən olan anonsu təqdim edirik.