Şuşada silah-sursat aşkar edildi

16:20 08-10-2021 32

Şuşada silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbir zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən bir avtomat, üç mina, 30 müxtəlif növ qumbara, yeddi “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, altı minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7 380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.