Saakaşvilinin xanımı: “Artıq onun səhhətində problemlər başlayıb”

22:00 08-10-2021 346

Mixail Saakaşvilinin yeni həyat yoldaşı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko ikinci dəfə siyasətçiyə həbsxanada baş çəkib.

Jurnalistlərə açıqlama verən Yelizaveta Yasko ərinin 12 kiloqramdan çox çəki itirdiyini söyləyib.

“Aclıq aksiyasının ikinci həftəsi olduğu üçün vəziyyəti pisləşməyə başlayıb. O, mübarizə əhval-ruhiyyəsindədir, amma artıq səhhətində problemlər başlayıb”, - deyə Yelizaveta Yasko vurğulayıb.

Mənbə: “Sputnik” Gürcüstan