İŞİD cümə günü məsciddə törədilən dəhşətli partlayışı öz üzərinə götürüb

02:40 09-10-2021 345

İŞİD terror təşkilatı bu gün Əfqanıstanın Qunduz vilayətinin Bəndər şəhərində məsciddə törədilən dəhşətli partlayışı öz üzərinə götürüb.

“Agence France-Presse” bu barədə qruplaşmanın yaydığı açıqlmaya istinadən xəbər verir.

İŞİD qruplaşmasının üzvləri bildiriblər ki, Seyid-Abad məscidindəki partlayış intiharçı tərəfindən törədilib.

Qeyd edək ki, bu gün Əfqanıstanın şimalındakı Qunduz əyalətində Seyid Abad məscidində cümə namazında güclü partlayış nəticəsində 100-ə yaxın insan ölüb, xeyli sayda insan yaralanıb.