Rusiyada koronavirusdan rekord ölüm qeydə alındı

07:40 09-10-2021 30

Rusiyada bir gündə koronavirus infeksiyasına 27 246 yoluxma halı aşkarlanıb. Bir gün əvvəl, ilin əvvəlindən bəri maksimum- 27 550 yeni yoluxma hadisə qeydə alınıb.

Ölkədə 936 xəstə virus səbəbindən həyatını itirib, bu, pandemiya başlayandan yeni rekorddur. Bir gün əvvəl 924, 6 oktyabrda isə 929 ölüm halı aşkarlanıb.

Virus qurbanlarının ümumi sayı 214 485-ə çatıb.

Mənbə: “İnterfaks”