İranın birinci prezidenti vəfat edib

15:00 09-10-2021 314

İranın birinci prezidenti, 1979-cu il İslam İnqilabından dərhal sonra seçilən Əbülhəsən Bənisədr 88 yaşında vəfat edib.

Respublikanın keçmiş lideri uzun sürən xəstəlikdən sonra Parisdəki Salpetriere xəstəxanasında vəfat edib.

İranın keçmiş prezidentinin ölüm xəbərini həyat yoldaşı, uşaqları, qardaş və bacıları verib.

Əbülhəsən Bənisədr 1980-ci ilin əvvəlindən 1981-ci ilin ortalarına qədər İranın prezidenti olub.

Mənbə: RİA Novosti