Bütün Livan işıqsız qaldı

19:20 09-10-2021 315

Livan tamamilə elektrik enerjisiz qalıb.

Ölkənin qaranlığa qərq olmasına səbəb ölkənin iki ən iri elektrik stansiyasının fəaliyyətini dayandırması olub. Elektrik stansiyalarında yanacaq çatışmazlığına görə belə bir hadisənin baş verdiyi qeyd olunur.

Hazırda ölkənin elektrik təchizatı üzrə şirkətinin problemin aradan qaldırılması ilə məşğul olduğu bildirilir.

Mənbə: LBC telekanalı