Avstriya kansleri istefa verdi

22:20 09-10-2021 365

Avstriya kansleri Sebastyan Kurts vəzifəsindən istefa verib.

Kansler bu qərarını prokurorluq orqanları tərəfindən onun barəsində başladılmış korrupsiya araşdırması ilə əsaslandırıb.

“İndi stabil münasibətlərə ehtiyac var, buna görə də çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün bir kənara çəkilib, Xalq Partiyası komandasından işə davam etməsini istədim. Partiya sədri kimi federal prezidenti hökumətin yeni rəhbəri vəzifəsinə Aleksandr Şallenberqi tövsiyə etdim”, - deyə S.Kurts bildirib.

Mənbə: RT