Messi “Barsa”dan sonra nəyə görə PSJ-ni seçdiyini açıqladı

07:00 10-10-2021 32

PSJ-nin hücumçusu Lionel Messi nəyə görə “Barsa” ilə müqaviləsi başa çatdıqdan sonra Paris klubuna keçdiyini açıqlayıb.

“PSJ-də göstərdilər ki, həqiqətən mənimlə maraqlanırlar, qayğı göstərdilər. Bunun üçün minnətdaram, çünki indi xoşbəxtəm. Başqa təkliflər də var idi, ancaq biz PSJ ilə tez razılığa gəldik.

Açığı məni layihə, oyunçular, komandanın səviyyəsi cəlb etdi. Bütün bu amillər danışıqlar prosesini sadələşdirdi”, - deyə L.Messi bildirib.

Mənbə: France Press Football