Siyəzəndə itkin düşmüş 9-cu sinif şagirdi tapılıb

20:20 10-10-2021 348

Siyəzən rayonunda itkin düşən 9-cu sinif şagirdi tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu ailəsinə təhvil verilib.

Qeyd edək ki, məktəbli 3 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmamışdı.