Üç uşağı ilə dördüncü uşağını qarşılamağa getdi, hamısı birdən yoxa çıxdılar - Rusiyada qəribə hadisə

21:00 10-10-2021 30

Rusiyanın Krasnoyarsk diyarında ana dörd uşağı ilə birgə itkin düşüb.

Belə ki, oktyabrın beşində ana oğlu və üç qızı ilə birlikdə digər qız övladını qarşılamaq adı ilə evdən çıxıb.

Bir neçə saatdan sonra isə qadınla əlaqə yaratmaq cəhdləri heç bir nəticə verməyib.

Həyat yoldaşı dərhal polisə bu barədə məlumat verib.

Beş gün ərzində aparılan axtarışlar isə hələlik heç bir nəticə verməyib.

Mənbə: REN TV