Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır

09:20 11-10-2021 27

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən piyada, 1993-cü il təvəllüdlü Gözəlov Elvin Sircan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi, sol baldır və sağ bazu sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.