Milli Məclisin deputatından oğurluq olub - EKSKLÜZİV + FOTO

11:00 11-10-2021 374

Milli Məclisin deputatından oğurluq olub.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.

Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.

E.Mirbəşiroğlu HerGun.Az-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:

“Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.

Qeyd edək ki, hazırda faktla bağlı araşdrıma aparılır.