Tunisin Baş naziri ərəb dünyasının ilk qadın hökumət başçısı oldu

20:40 11-10-2021 27

Tunisin yeni Baş naziri Necla Buden Ramazan ərəb dünyasının ilk qadın hökumət başçısı olaraq adını tarixə yazdırıb.

O, bu gün ölkə paytaxtındakı Karfagen sarayında təşkil edilən rəsmi mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb.

Necla Ramazanın formalaşdırdığı yeni kabinet 23 nazirdən ibarətdir.

Qeyd edək ki, xanım Baş nazir 2011-ci ildəki “Ərəb baharı”ndan sonra Tunisin sayca onuncu hökumət başçısıdır.

Mənbə: TRT