Almaniya mundiala vəsiqəni erkən qazandı, Türkiyə millisindən əzmkar qələbə - VİDEO

01:20 12-10-2021 442

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində VIII tur davam edir.

İlk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.

E qrupunda Estoniya evdə Uelsə, Belarus isə Çexiyaya uduzub.

G qrupunda Türkiyə millisi Latviyanın qonağı olub. Görüş “ay-ulduzlular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər 3 qolu türkiyəli futbolçular vurublar. 70-ci dəqiqədə Merih Demiral avtoqol müəllifi olub. 6 dəqiqə sonra Serdar Dursun tarazlığı bərpa edib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Burak Yılmaz qoyub. Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub.

Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib, 2-ci yerdə gedən Norveç isə Monteneqroya qalib gəlib.

H qrupunda Xorvatiya Slovakiya ilə bacarmayıb, Sloveniya isə evdə Rusiyaya məğlub olub. Kipr - Malta matçında isə qalib müəyyənləşməyib.

J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn Almaniya vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması səbəb olub.

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda birinci yeri tutan komandalar qazanacaqlar. İkinci pilləni tutan 10 ölkə Millətlər Liqasının ümumi reytinqində iki qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan üç vəsiqənin sahibini müəyyənləşdirəcək.

DÇ-2022, seçmə mərhələ
VIII tur

11 oktyabr

E qrupu

Belarus - Çexiya - 0:2
Qollar:
Patrik Şik, 22, Adam Qlojek, 65

Estoniya - Uels - 0:1
Qol:
Kiffer Mur, 12

G qrupu

Latviya - Türkiyə - 1:2
Qollar:
Merih Demiral, 70 (avtoqol) - Serdar Dursun, 76, Burak Yılmaz, 90+9

Niderland - Cəbəllütariq - 6:0
Qollar:
Vircil van Deyk, 9, Memfis Depay, 21; 45+3 (penalti), Denzel Dumfris, 48, Arno Dancuma, 75, Doniel Malen, 86

Norveç - Monteneqro - 2:0
Qollar:
Məhəmməd Elyunussi, 29; 90+6

H qrupu

Kipr - Malta - 2:2
Qollar:
Fotis Papulis, 7, Pieros Sotiriu, 80 - Zak Muskat, 53, Yurgen Deqabriele, 90+8

Sloveniya - Rusiya - 1:2
Qollar:
Yosip İliçiç, 40 - İqor Divyeyev, 28, Georgi Cikiya, 32

Xorvatiya - Slovakiya - 2:2
Qollar:
Andrey Kramariç, 25, Luka Modriç, 71 - İvan Şrants, 20, Lukaş Qaraslin, 45

J qrupu

Şimali Makedoniya - Almaniya - 0:4
Qollar:
Kay Haverts, 50, Timo Verner, 70; 73, Camal Musiala, 86

Rumıniya - Ermənistan - 1:0
Qol:
Yonuts Mitritse, 26

İslandiya - Lixtenşteyn - 4:0
Qollar:
Stefan-Teytür Tordarson, 19, Albert Qvüdmündsson, 35 (penalti), 79 (penalti), Andri Qudyonsen, 89