"Proqress-2016" MTK rəhbəri Emil Səməndərovdan AÇIQLAMA: "Yalan, şər-böhtan yazanlara hüquqi qaydada cavab veriləcək"

18:56 12-10-2021 569

Son günlər yenə bəzi saytlarda "Proqress-2016" MTK və tikinti şirkətinin rəhbəri Emil Səməndərov haqda həqiqəti əks etdirməyən, şər-böhtan, yalan məlumatlar yayılıb.

Həmin könhə və kiminsə uydurduğu məlumatları "cope-passe" edib, özününkiləşdirmiş kimi yazan "jurnalistlər" əslində özlərini həm biabır ediblər, həm də mədəni "dilənçiliklə" məşğul olduqlarını yəqin ki, anlamayıblar.

Bunda başqa, "Proqress-2016" MTK və tikinti şirkətinin rəhbəri Emil Səməndərov dəfələrlə mediaya açıqlamasında bildirib ki, onun və rəhbərlik etdiyi tikinti şirkəti haqda yazılan yazılar, yalan və şər-böhtan əsasında, kiminsə uydurmasıdır:

"Rəhbəri olduğum "Proqress-2016" MTK yarandığı və fəaliyyətə başladığı gündən insanların etibarını qazanmışdır. İndi hansısa bir nəfərin haqqımızda yalan danışması ilə nə adımıza, nə də işgüzar fəaliyyətimizə ləkə gətirə bilməz. Mən bir sahibkar kimi daima dövlət və dövlətçiliyimə xidmət etməklə yanaşı, xalqımı və dövlətimi sevənəm.

Hər zaman diqqətimi kasıb və sosial durumu zəif olan aztəminnatlı ailələrə yetirib, onlara maddi və mənəvi dəstəyimi əsrgəməmişəm, xeyirxah işlərimə həmişə sadiq olmuşam. Niyə bu qədər gördüyüm xeyirxah işlərimdən danışmırlar, yazmırlar?! Amma şər-böhtan və yalan danışanları önə çəkib, həqiqət olmayanları yazırlar! 


Mən və rəhbəri olduğum "Proqress-2016" MTK şirkəti heç kimi aldatmırıq və aldatmarıqda! Heç zaman da kimsəyədə kələk gəməmişik!  Mənim və rəhbəri olduğum "Proqress-2016" MTK haqqında yalan, şər-böhtan yazanlara hüquqi qayda da cavab veriləcək."


Onu da qeyd etmək lazımdır ki, Qarabağımızın azad olumasının 44 günlük Vətən Müharibəsi zamanı "Proqress-2016" MTK şirkətinin rəhbəri Emil Səməndərov maddi və mənəvi dəstəyini göstərmişdi. Belə ki, "Proqress-2016" MTK rəhbəri Emil Səməndərov ön cəbhədə döyüşən əsgərlərimizə və onların ailələrinə maddi-mənəvi köməklik etmişdir.

Xeyirxah işadamı Emil Səməndərov istər birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən Müharibəsi zamanı döyüşüb, Qazi və Şəhid olanların ailələrinə də maddi və mənəvi dəstəyini əsirgəməmişdir.

Aytac Əliyeva,

MillətinSəsi.info