Bakıda sərxoş halda qəza törədən sürücü ilə bağlı qərar verilib - YENİLƏNİB + ANBAAN VİDEO

19:40 12-10-2021 29

Sərxoş halda qəza törədən sürücü ilə bağlı qərar verilib.

Bu barədə Məsələ barədə HerGun.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, i, Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü həbs edilib:

“535-ci maddəyə uyğun olaraq 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elvin Şünası oğlu barədə bir ay müddətində həbs qəti imkan tədbiri seçilib. Eyni zamanda o, iki il sürücülük hüququndan məhdudlaşdırılıb”.

12:22

Bakıda polislə sürücü arasında insident baş verib. 

Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtomobilinə mindirməyə çalışması əks olunub. 

Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ilə əlaqə saxladıq.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli HerGun.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elvin Şünası oğlu idarə etdiyi maşınla üç-dörd avtomobilə zərər vurub:

“İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 333.1.3 maddələri və 342.2 bəndi üzrə yol hərəkət qaydalarını kobud şəkildə pozub. İlkin məlumata görə, şəxs alkoqol və narkotik maddənin təsiri altında olub. Buna görə də ekspertizaya aparılmaqdan imtina edib və polisin əmrinə tabe olmayıb”.

O qeyd edib ki, sözügedən şəxs polis tərəfindən təqib edilməyib:

“Kameralara baxış zamanı müəyyən olunub ki, E.Rüstəmov 20 yanvar dairəsinə gələnə kimi bir neçə dəfə qaydaları pozub və həmin ərazidə yol-nəqliyyat hadisəsi törədib. Daha sonra polis əməkdaşları qəza baş verən yerdə onu saxlayıblar. Heç bir zor tətbiq edilməyib. Sürücü barədə toplanan materiallar Yasamal Rayon Məhkəməsinə təqdim edilib”.

İlhamə Əbülfət