Süd vəzisi xərçənginin erkən əlamətləri açıqlandı

03:00 13-10-2021 400

Britaniyanın süd vəzisi xərçənginə qarşı mübarizə aparan “Walk The Walk” xeyriyyə fondunun mütəxəssisləri xəstəliyin erkən əlamətlərini açıqlayıblar.

Ekspertlərin sözlərinə görə, ən geniş yayılmış erkən əlamətlərdən biri döş giləsi ətrafında səpginin yaranmasıdır. Gilənin batıqlığı da xərçəngin ilkin əlamətlərindən sayıla bilər.

Həmçinin, döş gilələrindən mayenin axması, onların ətrafındakı dərinin öz rəngini dəyişməsi, süd vəzilərinin ölçü və formasındakı dəyişikliklər də qorxunc xəstəlikdən xəbər verə bilər.

Döşlərdə yaranan asimmetriya, döş və qolaltı hissələrdə bərkimələr, batıqlar və ya vaxtından əvvəl qırışmalar da xərçəngin ilkin göstəricilərindəndir.

Fond əməkdaşları bu əlamətlərdən hər hansı biri müşahidə olunduqda dərhal həkimə müraciət etməyi, profilaktika üçün mütəmadi olaraq müayinədən keçməyi məsləhət görüblər.

Mənbə: “RİA Novosti”