Rusiya koronavirusdan ölüm rekordunu yenilədi

03:40 13-10-2021 380

Rusiyada koronavirusdan ölənlərin sayı bir gündə 973 nəfərə çatıb. Beləliklə, ümumi qurbanların sayı 218,3 min olub.

Bu artım pandemiyanın başlanmasından bəri ən yüksək göstəricidir.

Onu da qeyd edək ki, ölkədə ardıcıl olaraq yeddinci gündür koronavirusdan 900-dən çox ölüm hadisəsi qeydə alınır.

Bundan başqa Rusiyada bir gün ərzində yoluxanların sayı 28,2 mini ötüb (ümumi say 7,8 milyonu keçib).