Başqası ilə evlənmək üçün arvadının yatağına kobra atdı - FOTO/VİDEO

05:00 13-10-2021 40

Hindistanlı kişi arvadını kobra ilə öldürüb. Surac adlı gənc bu addımı evdə olan bütün pullara sahib olmaq və başqası ilə evlənmək üçün atıb.

Bildirilir ki, o, heyvan təlimçisindən ilan alıb və ilan sancmaları ilə bağlı bir sıra məlumatlar öyrənib. Sonra arvadı yatanda o, ilanı onun yatağına atıb.

Baş verənlər istintaq zamanı maneken üzərində göstərilib.

Lakin qatil hesabda yanılıb. Belə ki, heyvan təlimçisi gənc qadının öldüyünü öyrəndikdən sonra öz şübhələri barədə polisi məlumatlandırıb. Ekspertiza isə hər şeyi təsdiqləyib.

Bu cür qəddar və qeyri-adi ölümə görə, canini ölüm hökmü gözləyir.

Mənbə: “The Pioneer”