Bakıda yük maşını avtobusa çırpıldı: Beş ölü, çox sayda yaralı var - FOTO + YENİLƏNİB

08:40 13-10-2021 348

Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 20 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.

08:32

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

HerGun.Az-ın məlumatına görə, qəzada çox sayda ağır yaralılar var.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli HerGun.Az-a açıqlamasında bildirilib ki, prospektdə baş verən ağır hadisə ölən və yaralananlar var: “Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub”.

İlhamə Əbülfət

08:22

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.