Azərbaycanda 25 enerji içkisi saxta çıxdı - RƏSMİ + FOTO

11:20 14-10-2021 19

​Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib. 

HerGun.Az-ın məlumatına görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli danışıb.

O bildirib ki, 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində beş nümunənin enerji içkisi olduğu təsbit edilib ki, onlardan yalnız birinin etiketlənməsinin qaydalara uyğun olduğu, digər dördünün isə uyğun olmadığı müəyyənləşib. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyən edilib.

​Q. Təhməzli bildirib ki, həmin 25 məhsul enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair təəssürat yaradan ifadələrdən istifadə edilib. İstehlakçıları çaşdırmaqla qanunvericiliyin tələbini pozan istehsalçılara dair müvafiq tədbirlərin görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub.

Nigar Məmmədova