Bakıda beş nəfərin ölümünə səbəb olan tələbə hansı universitetdə oxuyur?

16:20 14-10-2021 357

Ötən gün Bakıda beş nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin tələbəsi olub. 

Universitetdən HerGun.Az-a verilən məlumata görə, M.Əzizov dəhşətli hadisədən bir gün qabaq, yəni oktyabrın 12-də universitetdə olub:

“M.Əzizov universitetimizin üçüncü kurs tələbəsi olub. Onun davamiyyətində ciddi problemlər olmayıb. Orta qiymətlərlə oxuyan tələbələrdən biri olub”.

Baş verən hadisə ilə bağlı M.Əzizovun universitetdən xaric edilib-edilməyəcəyinə dair suala cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məhkəmənin qərarından sonra yekun cavab vermək mümkün olacaq.

Qeyd edək ki, ötən gün saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.

Könül Cəfərli