Təzyiqlərlə üzləşən Azərbaycan əsilli MMA döyüşçüsü Qırğızıstanı tərk etməyə məcbur olub - VİDEO

20:20 14-10-2021 477

Qırğızıstan bayrağı altında çıxış edən Azərbaycan əsilli MMA ustası Rafael Fiziyev dini təzyiqlərə görə Qırğızıstanı tərk etmək məcburiyyətində qalıb.

Bu barədə o, sosial şəbəkə səhifələrində məlumat verib.

Belə ki, şiə məzhəbli müsəlman olan idmançı bu il İraqda keçirilən Ərbəin ziyarətində iştirak etdiyi zaman şəxsi “Instagram” səhifəsində paylaşdığı video və fotolarda Kərbəla şəhərini Məkkə və Mədinədən sonra İslam dünyasının ən müqəddəs şəhəri adlandırıb.

Onun sözləri Qırğızıstan ictimaiyyətində kəskin etirazlara səbəb olub. Ölkə müftiliyi idmançıya dini işlərə qarışmamağı tövsiyyə edib.

Baş verənlərdən sonra həmyerliz əhalisinin çoxu sünni olan Mərkəzi Asiya ölkəsində ictimai qınaq obyektinə çevrilib və ciddi təzyiqlərlə qarşılaşıb. Məhz bu səbəbdən də Fiziyev Qırğızıstanı tərk etmək qərarına gəlib.